Prezident: “Diri Baba” türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir”

Prezident: “Diri Baba” türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir”

Hazırda oxunan: Prezident: “Diri Baba” türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir”
88279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Qobustan rayonundakı “Diri Baba” türbəsində aparılan yenidənqurma işlərindən də bəhs edib. 

Bizim.Media xəbər verir ki, müsahibədə “Diri Baba” türbəsində gedən işlərlə tanış olduğunu vurğulayan dövlət başçısı deyib:

“Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilib ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın.

“Diri Baba” türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO