
- A-
- A
- A+
Siyasət
13:00 / 28.06.2022
1 dəq oxunma
Deputatların maaşının artırılması məsələsi II oxunuşda qəbul edildi
Hazırda oxunan: Deputatların maaşının artırılması məsələsi II oxunuşda qəbul edildi
81315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə II oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında layihə II oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, Milli Məclis sədrinin 3550 manat aylıq vəzifə maaşı alacaq.
Milli Məclis sədrinin birinci müavini parlament sədrinin aylıq vəzifə maaşının 90 faizi qədər maaş alacaq.
Milli Məclis sədrinin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputat isə parlament sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.
Murad Əhmədov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































