
- A-
- A
- A+
Azərbaycan və Rusiya media sahəsində məsləhətləşmələr aparacaq
“Kütləvi informasiya vasitələri ilə bağlı mövzunu Azərbaycan Prezidenti ilə də müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var:
“Tərəflərin gətirdiyi nümunələrdən xəbərimiz var. Bizim ümumi anlayışımız ondan ibarətdir ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin xüsusi tədbirlər silsiləsinin keçirəcəyik. Eləcə də açıq şəkildə bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq danışacağıq. Razılaşmışıq ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil edəcəyik”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































