Ceyhun Bayramov venesuelalı həmkarı ilə onlayn formatda görüşdü - FOTO

Ceyhun Bayramov venesuelalı həmkarı ilə onlayn formatda görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov venesuelalı həmkarı ilə onlayn formatda görüşdü - FOTO
79760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə onlayn formatda görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü


Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb.

O, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını qeyd edib. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin davam etməsinin önəmi səsləndirilib.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

Ceyhun Bayramov venesuelalı həmkarı ilə onlayn formatda görüşdü - FOTO - foto 1
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO