Binəli Yıldırım:

Binəli Yıldırım: "Müharibədən bir neçə gün əvvəl Azərbaycana gəlmişdim və..."

Hazırda oxunan: Binəli Yıldırım: "Müharibədən bir neçə gün əvvəl Azərbaycana gəlmişdim və..."

79427

“İndiyədək Ermənistan - Azərbaycan münaqişəsinin həllini tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin sözdə diplomatik yollarla həll ediləcəyini desə də, bu problemin həllinin uzadılmasına şərait yaratdılar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım əlavə edib ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Bəyannaməsinin ildönümünə həsr olunmuş BEYNƏLXALQ KONFRANS - FOTO


Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını söyləyib.

“Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu gün birinci ildönümünü qeyd etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir.

Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və türk dünyasında yeni dönəmin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib.

Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əksikliklərin tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO