Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə DÜZƏLİŞ EDİLDİ - Rusiya XİN

Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə DÜZƏLİŞ EDİLDİ - Rusiya XİN

Hazırda oxunan: Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə DÜZƏLİŞ EDİLDİ - Rusiya XİN
78500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya XİN-nin saytında xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransının stenoqramını yayımlanıb.

Bizim.Media xəbər verir ki, stenoqramda S.LAvrovun Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Fərrux kəndindəki mövqedən danışdı: “Mütləq həll olunacaq... 


Belə ki, Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi "Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir.

Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri "Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”.

Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var.

Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO