Gömrüyün işi dayandı – “İzahını vermək üçün gərək 3 səhifəlik esse yazım...”

Gömrüyün işi dayandı – “İzahını vermək üçün gərək 3 səhifəlik esse yazım...”

Hazırda oxunan: Gömrüyün işi dayandı – “İzahını vermək üçün gərək 3 səhifəlik esse yazım...”

7664

“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində iki gündür texniki problemlər yaranıb. Ötən gün bu barədə Dövlət Gömrük Komitəsindən də məlumat verilib. 

"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) portalının fəaliyyətində yaranan texniki problemlər həm daşıyıcı şirkətlərin, həm də müştərilərin işini müşkülə çevirib. Belə çıxır ki, tətbiqin tam işlək vəziyyətə gərtirilməsinə qədər xaricdən sifariş edilən mal və bağlamaların gömrükdə ilişib qalması günlər çəkəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA


“Smart Customs” tətbiqin əməliyyatlar üzrə baş meneceri Rufatət Babakişiyev Bizim.Media-ya açıqlamasında hazırda mütəxəssislər tərəfindən müvafiq tədbirlər görüldüyünü və tətbiqin işlək vəziyyətində olduğunu bildirib:

“Tətbiq fəaliyyətdədir, iki gecədir üzərində müvafiq komanda işləyir. Sadəcə xətalarla işləyir. Bunun səbəbi elə texniki nüansdır ki, izahını vermək üçün gərək 3 səhifəlik esse yazım. İzahını demək mümkün deyil. Bəli, texniki problemlər var. Hərdən işləyir, hərdənsə işləmir. Dünən gecə artıq müəyyən nəticəyə gəlinib və gün ərzində yenə yoxlanılacaq. Amma mütəxəssislər problemin kökü ilə maraqlanırlar, yəqin ki, həllini tapacaqlar”. 

Tətbiqin sınaqdan keçirilərək fəaliyyətə başladığını vurğulayan Rufatət Babakişiyev baş verənlərin yaşana bilən bir problem olduğunu qeyd edib:

“Ona qalsa “Facebook” da, “Google” də dayanır. Əlbəttə ki, dayanma xətasını aradan qaldırmaq uzun zaman alır. Amma tətbiq hazırlanan kimi test olunub və bütün məlumatlar doldurulub. İlk dəfə deyil ki, tətbiq hazırlayırıq? Sadəcə gömrükdə nəsə olub və belə bir xəta yaranıb. Bizim də nəsə edəcəyimiz bir şey yoxdur”.

Alçina Amilqızı, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO