SSRI-nın süqutunda erməni “xidmət”x9di...

SSRI-nın süqutunda erməni “xidmət”x9di...

Hazırda oxunan: SSRI-nın süqutunda erməni “xidmət”x9di...

72953
Moderator.az araşdırmaçı Zaur Mirzəlinin erməni xislətindən və Amerikanın məkrli Qarabağ siyasətindən bəhs edən yazısını təqdim edir:

"...Təsadüf nətcəsində erməni “həkimlər”x9dinin törətdiyi  soyqırım faktlarının izinə düşdüm. Araşdırmalarım məni tükürpədici, dəhşətli faktlara gətirib çıxardı. Məlim oldu ki,1960-cı ildən bu yana erməni həkimləri Azərbaycan SSR və Ermənistan SSR-də çalışdıqları xəstəxanalarda azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişlər. Doğulan körpələrdən oğlan uşaqlarının öldürülməsi, qız uşaqlarının ana bətnlərinin çıxarılması, cavan və orta nəslin nümayəndələrinin müxtəlif üsullarla (əməliyyat olunduqları yerə qayçı, tampon, lezva, dərman və s.) öldürülməsi ermənilərin ciddi şəkildə hansısa, bir “ideya"ya hazırlaşdıqlarını, xidmət etdiklərini göstərir. Hələ hətta “Krunk”x9d təşkilatına pul toplanması şahid ifadələrində tez-tez səslənir. Bu faktların olması, bir daha ermənilərin təşkilatlandırılmış şəkildə işlər aparması, hansısa görünməz gücün onları bir mərkəzdən idarə etdiyini göstərir. Erməni həkimləri xəstəxanaya gələn müsəlman əhalini hər vəchlə qırmaqla məşğul idilər. Məhz niyə həkimlər? Çünki müharibə olmayan bir şəraitdə ancaq və ancaq həkimlər bu cinayətləri edə bilərdi. Məhz niyə ermənilər? Axı Sovetlər birliyində yüzlərlə xalqın nümayəndəsi vardı? Buradan yenə aydın olur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ermənilərin torpaq hərisliyini, ideoloji müharibə aparacağını aydınlaşdırmışdılar. Bu gündə Amerika da  güclü erməni lobbisinin olması buna danılmaz faktdır.1989-cu ildə iyul ayının 19-da ABŞ-da senatda Dağlıq Qarabağla bağlı qətnamə qəbul olundu.1989-cu ilin noyabrın 17-də senatın Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağla bağlı qətnamə qəbul olundu.1990-cı ildə ABŞ senatında Dağlıq Qarabağla bağlı ikinci qətnamə qəbul olundu. Burada bir sual meydana çıxır. Başqa ölkələr bu hadisələri SSRİ-nin daxili işləri kimi qəbul edirdilər. ABŞ ermənilərin xeyrinə bu qərarları çıxarmaqda hansı məqsədi güdürdü? Bu qəbul olunmuş qərarlarda ilk dəfə “Dağlıq Qarabağ xalqı“ ifadəsi işlədildi və onlara azadlıq verilməsi fikirləri ifadə olundu. 1992-ci il oktyabr ayının 24-də Azadlığın Müdafiəsi Aktına 907-ci Düzəliş qəbul olundu. Bu aktda keçmiş SSRİ-yə aid olan ölkələrə yardım olunması nəzərdə tutulurdu. Bu yardımdan məhrum olan ölkə Azərbaycan Respublikası oldu. Səbəb kimi isə Türkiyə və Azərbaycanın  Ermənistanı və Dağlıq Qarabağı “blokadaya”x9d alması göstərilirdi.

Təxminən bir ay  bundan qabaq ABŞ-nın senatorlarından birinin  Moskvaya göndərdiyi bir məktub üzə çıxdı. Müraciətin  məzmunu isə belədir.

“Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər. Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”x9d, ”“ deyə müraciətdə qeyd olunur.

Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də imzalayıblar.
Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir”x9d.
Bir il bundan əvvəl bu araşdırmanı başlayanda, artıq başa düşdüm ki, Qarabağı ermənilərə vəd verən və bu işləri həyata keçirən  ABŞ olub. Burada üç məqsəd vardı.

1)Dağlıq Qarabağda gələcəkdə əhali nisbətini ermənilərin xeyrinə dəyişmək.

2)Xəstəxanaya gələnlərdən gənclərin və orta yaşlı insanların, körpələrə (oğlan uşaqlarına) qarşı soyqırımın həyata keçirilməsi isə təxminən 20-30 ildən sonra baş verəcək müharibədə onlara qarşı döyüşəcək insanların sayının qarşısının alınması faktı dururdu. Buradan yenə aydın olur ki, ermənilər Sovet hökumətinin dağılacağını lap əvvəlldən bilirmişlər.
 
3) ,,Qondarma erməni “soyqırımı"nda ölənlərin qanını almaq.

ABŞ hökuməti ermənilərə Qarabağı söz verdi və qarşılığında ermənilərə ,,Krunk”x9d təşkilatını yaratdırdılar. Çünki xaricdən ölkəyə pul gətirilə bilməzdi. Bu təşkilatın əliylə hökumət içərisində hökumət yaradıldı. Təşkilatlandırma işləri aparıldı.Yəni vəzifəli şəxslər pulla ələ alınır və vəzifədə  irəli çəkilirdi.

Sumqayıt hadisələri erməniləri azərbaycanlıların içərisindən çıxarmağa və arada düşmənçilik yaradılmasına hesablanmışdı. Bu hadisələr zamanı varlı ermənilərdən daha çox, kasıb ermənilərdən az miqdarda pul yığılırdı. Pul verməkdən imtina edənlər ,,Krunk”x9d təşkilatının qəzəbinə tuş gəlmişdilər. Bu ermənilər cəzalanmalıydılar. Məhz o səbəbdən Qriqoriyan kimi başı pozuq adamlardan istifadə etdilər. Bu qarşıdurmada 32 nəfər öldürüldü. Nəticə də beş azərbaycanlı məhkəmənin  qərarı ilə ağır cəzaya məhkum edildi, biri isə güllələndi. Nədənsə Qriqoryan sağ qaldı. Buradan aydın olur ki, Qriqoryan artıq bu təşkilatın “qəhrəmanına”x9d çevrilmişdi. Onlara hər nə lazım idisə, hamısını etmişdi. Bax bu qüvvələr onun güllələnməsinə mane oldular və qısa zaman içərisində həbsxanadan çıxartdılar.

3)20 Yanvar faciəsi isə Rus ordusunun Azərbaycandan çıxarılmağına hesablanmışdı. Ruslar ermənilər tərəfdən döyüşməli,  Azərbaycan isə köməksiz qalmalıydı. Nəticədə iyirmi faiz torpaqlarımız işğal olundu.
Sonda M.Qorbaçov hakimiyyətə gətirildi və SSRİ-ı dağıdıldı. Hətta deyilənə görə ermənilər Qarabağ hadisələrini başlayanda Qorbaçov bu sözləri demişdi:

"Qarabağı tələb etməkdə tələsdiniz. Bir azda gözləsəydiniz, hazır şəkildə boşqabda qabağınıza qoyacaqdım.
Bu sözlərdən aydın olur ki, kənardan erməniləri idarə edən böyük qüvvə varmış. Həmin güclü qüvvə SSRİ daxilində olan qüvvələri ayrı-ayrılıqda idarə edirmiş. Bir daha aydın olur ki, ABŞ kəşfiyyatının diktəsi ilə Rusiya bütün işləri ermənilərin əliylə, o cümlədən bizim başımıza gələn faciələri həyata keçirmişdi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO