MN:

MN: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur"

Hazırda oxunan: MN: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur"
66569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı bəyanatında yer alıb. 

"Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir", - deyə nazirlikdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO