Tramp: “Aralıq seçkilərinin nəticələri ABŞ-ı keçmişə qaytardı”

Tramp: “Aralıq seçkilərinin nəticələri ABŞ-ı keçmişə qaytardı”

Hazırda oxunan: Tramp: “Aralıq seçkilərinin nəticələri ABŞ-ı keçmişə qaytardı”
646722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrinin ölkəni keçmişə qaytardığını bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Seçkilərin nəticələri Amerika üçün tarixdə nəhəng geriyə addım oldu. Hətta Trampın prezidentliyi dövründə raket kimi yüksələn fond bazarı bir gündə 3 trilyon dollar itirdi. Amma narahat olmayın, biz əvvəlkindən daha böyük və güclü şəkildə geri qayıdacağıq”, – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçkilərdə Senatın üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçilib. Yerli özünüidarəetmə orqanlarına da seçkilər keçirilib.

Hazırda Konqresin hər iki palatası respublikaçıların nəzarətindədir. Seçkilərin nəticələrinə əsasən formalaşacaq 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

Yeni çağırış Konqresin həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu demokratlar əldə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO