Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Hazırda oxunan: Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
646707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır.

Bizim.Media xəbər verir ki,  bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayış məntəqələrində qar yağması müşahidə olunur.

Rayonun dağ kəndlərində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.

Yağıntı avtomobillərin hərəkətində və kəndlərin kommunal təsərrüfatında hər hansı problem yaratmayıb.

Gədəbəy rayonunun ucqar dağ kəndlərində də qar yağması davam edir. Yağıntının gecə saatlarınadək davam edəcəyi təqdirdə qar örtüyünün qalınlığının 15 santimetrə çatacağı gözlənilir.

Rayon ərazisində elektrik enerjisi, rabitə və təbii qaz təchizatında, eləcə də yol infrastrukturunda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO