Prezident: "Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib"

Prezident: "Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib"

Hazırda oxunan: Prezident: "Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib"

642369

Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi:

“Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu darmadağın edildi, separatçıların liderləri, uşaq qatilləri isə Azərbaycan məhkəməsinə çıxarıldı. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO