Su təchizatına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

Su təchizatına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Su təchizatına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

642374

Su təchizatına qoşulmaq indi daha asandır. Bunun üçün vətəndaşlar tələb olunan sənədlərlə ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə, eləcə də “mygov” platforması üzərindən onlayn müraciət edə bilərlər.

Bizim.Media xəbər verir ki, müraciət zamanı müvafiq sənədlərin tam təqdim olunması prosesin daha operativ aparılmasına imkan verir.

Təqdim olunan sənədlər aidiyyəti üzrə araşdırılır. Texniki imkanlar qiymətləndirilərək qoşulma şərtləri müəyyən edilir.
 

Tələb olunan prosedurlar tamamlandıqdan sonra su təchizatına qoşulma ilə bağlı növbəti mərhələlər barədə məlumat verilir. Elektron müraciət imkanı vətəndaşların vaxtına qənaət etməyə və xidmətlərdən daha rahat yararlanmağa şərait yaradır.


Su təchizatına qoşulma ilə bağlı daha ətraflı məlumatı təqdim olunan videoçarx vasitəsilə əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO