Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işlərini yekunlaşdırıb.
Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.
Qeyd edilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.
"Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub", - AAYDA-dan bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:21 / 15.10.2026
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO
Hazırda oxunan: Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO
Hazırda oxunan: Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO
642394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































