Hovard Universitetinin müəllimi qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəklədi

Hovard Universitetinin müəllimi qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəklədi

Hazırda oxunan: Hovard Universitetinin müəllimi qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəklədi

636942

ABŞ-dakı Hovard Universitetinin müəllimi və "One St. Martin Association" təşkilatının prezidenti Roda Arrindel qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu dəstəklədiyini bildirib.

Bizim.Media Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, o, bu barədə qrupun təşkil etdiyi konfransda çıxışı zamanı danışıb. Arrindel qeyd edib ki, zərərçəkmiş hər kəs maneə və məcburiyyət olmadan öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik olmalıdır:

"Biz qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu tanıyırıq".

O, qayıdış hüququnun təkcə qərbi azərbaycanlılar üçün deyil, dünyanın müxtəlif bölgələrində doğma yurdlarını tərk etməyə məcbur qalan insanlar üçün də aktual olduğunu vurğulayıb.

Təşkilat rəhbəri əlavə edib ki, "One St. Martin Association" bu cür insanların hüquqlarının müdafiəsini dəstəkləməyə və onların Vətənə qayıtmasına kömək etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO