Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, Ərəb Media Forumunun təşkilatçısı Dr. Abdulla M. Alhamedə dəvətə görə təşəkkür edib və tədbirin yüksək səviyyədə keçirildiyini bildirib.
Hikmət Hacıyev qeyd edib ki, forum çərçivəsində ölkələrimizin prezidentlərinin rəhbərliyi və baxışına uyğun olaraq, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında media və kommunikasiya sahələri daxil olmaqla, strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.
Dear Dr. Abdulla M. Alhamed @AMB_Alhamed, thank you for the kind invitation to the Arab Media Forum, and heartfelt congratulations on organizing this important event at the highest level.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 16, 2026
I greatly valued our fruitful discussions on further advancing Azerbaijan–UAE strategic… //t.co/3MGYOqIHi0
Bizim.Media




































































































