
- A-
- A
- A+
SON DƏQİQƏ! İran Azərbaycana qarşı müharibəyə hazırlaşır, bu dəfə... - SENSASİYA
![]()
Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsi İranın planı üzrə getmədi, yəni uzanmadı:
"İran Qarabağ məsələsinin Suriya, İraq və digər ölkələrdəki münaqişələr kimi çox çəkəcəyini düşünürdü. İran Təbriz vasitəsilə toparlanmağı planlaşdırırdı, nəticə isə onu şikəst etdi. İran strateqləri Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxırdı və hesab edirdilər ki, dünyadakı bir çox problemlər kimi eyni vəziyyətdə qalacaq. Bu səbəbdən İran xarici siyasətini əsasən Bəsrə körfəzinə, İraq və Qərbi Asiyaya yönləndirmişdi. Cənubi Qafqazda belə bir müharibəni proqnozlaşdırmırdı. İran İkinci Qarabağ müharibəsinə hazırlıqlı deyildi. Müharibənin 44 gün çəkməsi İrana böyük bir zərbə idi.
İran bölgədə özünü vacib aktor kimi görür. Bunun da əsas özəlliklərindən biri regional oyunlarda bir oyunçu kimi ortada olmaqdır. Azərbaycanın zəfərindən sonra İran bölgə siyasətindən uzaqlaşdırıldığını və artıq əvvəlki çəkisinin qalmadığını hiss etdi. Bu dəfə bu məsələdə ciddiyyətini göstərmək və regional aktor kimi rolunu davam etdirmək üçün lazım olan hər şeyi edəcəyini nümayiş etdirmək istəyir. İranın Azərbaycan sərhədində hərbi hazırlığı bu yöndədir. Əgər münaqişə olarsa, İran bu dəfə açıq şəkildə Ermənistanın yanında olacaq. İran Azərbaycan-Türkiyə ittifaqına qarşı müharibəyə zəmin hazırlayır və bu məsələdə ciddiyyətini göstərməyə çalışır. Artıq hərəkətə keçmək istəyir. Hesab edirəm ki, savaş olarsa, İran ortada olmayacaq. İranın müharibədə iştirakı Suriya, İraq, Yəmən və Livanda olduğu kimi, proksi güclərə – "Haşdi Şabi"yə, PKK-ya, Qüds güclərinə, erməni terrorçularına silahlı yardım formasında ola bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































