Millət vəkilləri İsrailə səfər edəcəklər 

Millət vəkilləri İsrailə səfər edəcəklər 

Hazırda oxunan: Millət vəkilləri İsrailə səfər edəcəklər 
60763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsraildə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib. 

Qeyd olunub ki, Milli Məclisin deputatı Anatoliy Rafailov “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün fevralın 20-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcək. 

Yığıncaqda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi, faciə barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılacaq. 

Səfər çərçivəsində, həmçinin Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş «Ирс-Наследие» jurnalının ivrit dilində təqdimatı keçiriləcək. 
Səfər fevralın 27-də başa çatacaq. 

Milli Məclisin deputatı Sevil Mikayılova isə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailin Qüds şəhərinə səfər edəcək. 

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar. Səfər fevralın 23-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO