
- A-
- A
- A+
Siyasət
13:18 / 27.01.2023
2 dəq oxunma
“Bunun arxasında İran xüsusi xidmət orqanları durur”
Hazırda oxunan: “Bunun arxasında İran xüsusi xidmət orqanları durur”
590388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub. Hadisə zamanı bir nəfər yaralanıb.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bunun beynəlxalq skandal olduğunu bildirib:
“Səfirliyə hücum çox ciddi beynəlxalq skandaldır və böyük ehtimalla, bu prosesin arxasında İran xüsusi xidmət orqanları durur.
Bu, İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin pik həddidir. Bütün bunlar ciddi araşdırılmalıdır və araşdırma prosesində həm də Azərbaycan mütəxəssisləri iştirak etməlidir.
Bu xətt bilinən xətdir, amma hər bir halda bu işin sonuna gedilməlidir, məsələ aydınlaşmalıdır. Çünki həmişə belə addımlar atılanda bunun müəyyən dərəcədə dövlətlərarası münasibətə nə qədər böyük zərbə vurulacağını proqnozlaşdıra bilirlər. Görünür, elə bu məqsədlə də ediblər. Hər halda, Azərbaycan dövləti də özünün oradakı səfirliyini qorumaq üçün ciddi addımlar atmalıdır və atacaq da”.
Onun sözlərinə görə, bu hadisə İranın özü üçün pis nəticə verəcək:
“Bu çox ciddi və pis nəticələrə gətirib çıxaracaq və bu gün İranda sevinməsinlər ki, guya bu addımı atmaqla nəyinsə qisasını aldılar, yaxud Azərbaycana nəyisə göstərdilər. Bu, İranın özü üçün də yaxşı nəticələr doğurmayacaq.
Hadisədə dünyasını dəyişmiş vətəndaşımıza Allahdan rəhmət, yaralı vətəndaşımıza şəfa diləyirəm. Bu hadisəni Azərbaycan həm də beynəlxalq səviyyədə gündəmə gətirməlidir, çünki bu terror aktıdır. Terror aktının İran kimi totalitar ölkələrdə dövlətin məlumatından kənarda, kiminsə fərdi olaraq belə bir addım atması ehtimalı çox azdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































