Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib

Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib

Hazırda oxunan: Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib

585846
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə israilli nazir tviterdə yazıb.
 
O bildirib ki, telefon danışığı zamanı Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər.
 
“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - İsrailin XİN başçısı vurğulayıb.
 
C.Bayramov, həmçinin E.Koeni yeni təyinatı münasibətilə təbrik edib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
 
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO