Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Hazırda oxunan: Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

633882

İspaniya çempionatının üçüncü turunun oyununda Madrid "Real"ı doğma meydanda "Malaqa"nı 4:0 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, "Kral klubu" ilk hissədə üç qol vurub.

Qarşılaşmada hesabı Cud Bellinqem açıb. Ardınca "Malaqa"nın futbolçusu Alfonso Errero topu öz qapısına göndərib. "Real"ın üçüncü qolunu isə Kilian Mbappe vurub.
 

İkinci hissədə hər iki komandanın qol imkanları olsa da, hesab yalnız əlavə olunmuş vaxtda dəyişib. Arda Güler qarşılaşmanın sonuncu qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.


"Real" La Liqada ilk üç turdan sonra maksimum - doqquz xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Malaqa"nın isə aktivində cəmi bir xal var.

İspaniya çempionatının növbəti turunda "Real" səfərdə "Betis"lə qarşılaşacaq. "Malaqa" isə "Levante" ilə üz-üzə gələcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO