Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Hazırda oxunan: Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

633887

Süni intellektlə (Sİ) yaradılan saxta həkim videoları (xüsusilə yaşlı auditoriyaya yönəlmiş) gəlirli biznesə çevrilib.

Bizim.Media xəbər verir ki, BBC-nin araşdırmasına görə, YouTube-da müxtəlif dillərdə Sİ həkim videolarının hazırlanmasını öyrədən ən azı 50 kanal aşkarlanıb.

Bu videolarda ağ xalatlı, etibarlı görünən saxta həkimlər müxtəlif məhsulların və ya dərmanların sağlamlıq üçün təhlükəli olduğunu iddia edir, daha sonra isə reklam olunan alternativ vasitələri təklif edirlər. Mütəxəssislər bu cür məzmunun xüsusilə yaşlı insanlar üçün ciddi təhlükə yarada biləcəyini bildirirlər.

Araşdırmaya görə, belə kanalların yaradıcıları baxışlardan və reklam edilən məhsulların satışından ayda minlərlə dollar qazana bilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO