Macarıstanın Kaloca şəhərindəki aerodromdan yüngülmühərrikli “Cessna 172” təyyarəsi qaçırılıb.
Bizim.Media xəbər verir ki, “Daily News Hungary”nin yazdığına görə, qaçırılan təyyarə Macarıstanın atom elektrik stansiyasının yerləşdiyi Paks şəhəri istiqamətində uçub.
Hərbçilər təyyarəni havaya qalxdıqdan qısa müddət sonra radarlarda aşkarlayıb və onun qarşısını almaq üçün iki “Gripen” qırıcısı havaya qaldırılıb.
Lakin təyyarə atom elektrik stansiyasına çata bilməyib. O, Gerény yaxınlığında məcburi eniş edib.
Macarıstan KİV-inin məlumatına görə, təyyarəni 2002-ci il təvəllüdlü gənc oğlanın qaçırdığı ehtimal olunur.
Hadisənin bütün təfərrüatları araşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:33 / 30.08.2026
24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı - VİDEO
Hazırda oxunan: 24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı - VİDEO
Hazırda oxunan: 24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı - VİDEO
633813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































