Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Hazırda oxunan: Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

633908

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində yeddiotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 55 kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO