Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb, 237 nəfər xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Xatırladaq ki, Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.
Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. Hazırda 22 nəfərin axtarışları davam edir.
Bizim.Media


































































































