Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Hazırda oxunan: Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

633878

Aralıq dənizində Şimali Kipr sahillərində batan bərənin sərnişinlərindən biri hadisədən dərhal sonra görüntülər çəkib.

Bizim.Media xəbər verir ki, görüntülərdə gəminin yan üstə çevrilərək batdığı, çox sayda sərnişinin suya düşdüyü görünür. Sərnişinlərin əksəriyyəti xilasetmə jiletlərini geyinməyə vaxt tapıb.

Son məlumata görə, 237 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfər isə itkin düşüb.

Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) bildirib ki, Şimali Kipr sahillərində batan bərədə Rusiya turistlərinin olması barədə məlumat yoxdur.

Şimali Kipr Türk Cümhuriyyətinin hakimiyyətinin məlumatına görə, gəmi artıq 514 metr dərinlikdə dənizin dibindədir. İtkin düşənlərin axtarışları davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO