Jirinovski: “Türklər birləşib, Turan dövləti quracaqlar”    - VİDEO

Jirinovski: “Türklər birləşib, Turan dövləti quracaqlar” - VİDEO

Hazırda oxunan: Jirinovski: “Türklər birləşib, Turan dövləti quracaqlar” - VİDEO

45132
“Orta Asiya Rusiyanın bir vilayətidir”.   

Moderator.az-ın mlumatına görə, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovski bildirib.   

Müxtəlif vaxtlarda etdiyi çıxışlardan hazırlanmış videoda LDRP sədri Türkləri təhqir edir: “Mən Qazaxıstanda yaşayanda ruslar yerli xalqa heyvan deyirdi. At sürüləri və keçə çadırları var idi. Başqa heç nə! Rus kommunistləri onlara mədəniyyət gətirdi. Ruslar onlara şəhər salmağı, universitet açmağı, musiqi mədəniyyətini bəxş etdi. Onların dombra adlı musiqi alətləri var. 2 telli bir zopa. 50 ildir eyni mahnını çalırlar. Ruslar da anlamadıqları üçün bunu böyük bir əsər zənn edirdilər”.   

Jirinovski danışığında Azərbaycanla da bağlı məqamlara toxunur: “Bu gün onlar çox böyük gücdülər. Onlar birləşib Ermənistanı silə bilərlər. Azərbaycan İranla birləşib Orta Asiyaya girəcək və ulu türk dövləti Turanı quracaq”.   

Xatırladaq ki, rus millətçisi kimi tanınan Vladimir Jirinovski daim türklərə nifrəti ilə seçilib.   Həmin kadrları təqdim edirik: 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO