Bu gün Ana Vətən (AVP) Partiyasının idarə heyətinin baş tutacaq toplantısında partiya sədrinin müavini, millət vəkili Zahid Orucun partiya sıralarından xaric olunacağı gözlənilir. Bu barədə Moderator.az-a partiya daxilindəki mənbələr mənbə xəbər verib.
Xatırladaq ki, Zahid Orucun partiyanın iradəsinə zidd olaraq prezidentliyə namizədliyini irəli sürməsi partiyada narazılıqla qarşılanıb və bunu Moderator.az a açıqlama verən partiyanın sədri Fəzail Ağamalı da açıq formada bəyan etmişdi.
Xatırladaq ki, buna qədər isə Zahid Oruc partiyada tutduğu sədr müavini postundan uzaqlaşdırılıb.
Xəyal Əzizov





































































































