
- A-
- A
- A+
İsgəndər Həmidov Rəsul Quliyevdən danışdı
Yaranmasından heç bir ay ötməmiş daxilindəki
qarşıdurma üzündən Milli Şura çətin sınaq qarşısında qalıb və hətta bir çoxları
bu cür intriqaların, didişmələrin qurumun iflasına gətirib çıxaracağını iddia
edirlər. Eks-spiker Rəsul Quliyevin Müsavat başqanı İsa Qəmbəri ittiham
etməsinə Arif Hacılının cavabından sonra yaşanan söz atışmasının aşkar təhqirə
keçməsi ondan xəbər verir ki, doğrudan da Milli Şura ən yumşaq halda “mehriban
düşmənlər” ittifaqıdır və bu cür kövrək tellərlə formalaşmış bu qurum hər an
dağıla bilər.
Milli Şuranın üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da
yaşananlardan üzülür. Moderator.az-a açıqlamasında eks
nazir bildirdi ki, indiki həssas dönəmdə müxalifətdə kimlərinsə bir- birini
ittiham etməsini və bu adamların nəyə xidmət etdiyini anlamaqda çətinlik çəkir:
“Maraqlı və maraqlı olduğu qədər də acınacaqlıdır.
Axı dünənədək onlar bir yerdə idilər. İstər Rəsul Quliyev, istərsə də İsa
Qəmbər Milli Şurada təmsil olunurlar. Nə baş verdi ki, bu cür yersiz dartışmaya
rəvac verib könül bulandırırlar?”
Fürsətdən istifadə edərək İ. Həmidovdan Cəbhə hakimiyyəti dönəmində onun guya
Rəsul Quliyevi həbs etmək üçün prezident Elçibəydən icazə istədiyi barədə
dolaşan fikirlərə də aydınlıq gətirməsini istədik və onun həmin vaxt Arif
Hacılının iddia etdiyi kimi mafioz kimi qəbul edilib-edilmədiyini soruşduq:
“O vaxt Rəsul Quliyev zavod direktorluğundan
Azneft-ə müavin gəldi, qısa vaxtdan sonra da ordan baş nazirə müavin gətirildi.
Təqdimatı konkret kimin hazırladığını bilmirəm, ancaq prezidentin fərmanıyla
həmin posta gətirildi. O zaman onun direktor olduğu zavodla bağlı müəyyən
məlumatlar vardı, ancaq konkret onun adı hansısa cinayət işində hallanmırdı. Bu
gün onun bir mafioz kimi təqdim edilməsi də doğru deyil və şəxsən məndə onun
mafioz olduğuyla bağlı hər hansı konkret fakt yox idi.”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































