Əli Əhmədov təşkilat sədrləri ilə görüşüb

Əli Əhmədov təşkilat sədrləri ilə görüşüb

Hazırda oxunan: Əli Əhmədov təşkilat sədrləri ilə görüşüb
30205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşüb.  Trend-in məlumatına görə, prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində keçirilən görüşdə çıxış edən Əli Əhmədov ötən on ildə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlardan söhbət açıb.  Bugünkü görüşün məqsədinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin etmək olduğunu deyən Əhmədov bildirib ki, müşahidələr göstərir ki, YAP-ın V qurultayının İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarını Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dəstəkləyir: "Bu onu göstərir ki, Azərbaycan cəmiyyəti son 10 ildə Azərbaycanda baş verən müsbət dəyişiklikləri, irəliləyişləri yüksək dəyərləndirir. Bunun böyük əsasları var, çünki son 10 ildə İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri xeyli güclənib. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlib. Bu dəyişikliklər hər birimizin gözünün önündə baş verib. İndi Azərbaycan vətəndaşları yeni həyat standartları çərçivəsində yaşayırlar".  Əhmədov qeyd edib ki, son 10 il ərzində əldə edilən uğurlar göstərir ki, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın daha da inkişafına gətirib çıxaracaq.  O, həmçinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsində YAP-ın hər bir üzvünün üzərinə məsuliyyət düşdüyünü qeyd edib. O, əlavə edib ki, YAP özünün 600 min üzvü ilə seçki kampaniyasını yüksək səviyyədə keçirməyə qadirdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO