Azərbaycanlı ekspert: “Bordyuja birinci kateqoriya alkoqolikdir”

Azərbaycanlı ekspert: “Bordyuja birinci kateqoriya alkoqolikdir”

Hazırda oxunan: Azərbaycanlı ekspert: “Bordyuja birinci kateqoriya alkoqolikdir”

30034

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən son hərbi parad zamanı Qarabağ müharibəsinin bitmədiyini bəyan edərək, Azərbaycan ordusunun hər an torpaqlarımızı azad etmək uğrunda döyüşlərə başlaya biləcəyini söyləyib.

İlham Əliyevin bu bəyanatından dərhal sonra isə MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja münaqişələrin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib və bununla ATƏT-in Minsk Qrupunun məşğul olduğunu qeyd edib.

Nikolay Bordyujanın bu əndişəsini Moderator.az-a şərh edən politoloq Natiq Miri regionda müharibə təhlükəsi ehtimalının Rusiyaya sərf etmədiyini bildirdi: 

“Regionda onsuz da ciddi siyasi gərginlik müşahidə olunur. Xüsusən də Suriyada baş verən hadisələrdə Rusiya öz rolunu oynamaqdadır. Regionda 2-ci bir savaşın olacağı halda Rusiya bu münaqişəyə qatılmaq məcburiyyətində qalacaq. Bu isə Rusiyanı Azərbaycanla yanaşı Türkiyə ilə də qarşı-qarşıya gətirə bilər. Ona görə də Rusiya hal-hazırda regionda hazırkı status-kvonun saxlanılmasına tərəfdarıdır. Bardyujanın bu bəyanatı isə Rusiyanın Azərbaycana təhdid mesajı idi. Mən Bardyujanın şəxsiyyətinə də toxunmaq istərdim. O, birinci kateqoriya alkoqolik və qumarbazdır” 

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO