"Qazaxıstanın elm və həyatı" jurnalı İlham Rəhimova xüsusi buraxılış həsr edib

Hazırda oxunan: "Qazaxıstanın elm və həyatı" jurnalı İlham Rəhimova xüsusi buraxılış həsr edib
270619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Qazaxıstanın nüfuzlu "Qazaxıstanın elm və həyatı" beynəlxalq elmi jurnalının xüsusi buraxılışı tanınmış alim-kriminoloq, Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimova həsr olunub.xa0

Jurnalda Azərbaycan, Rusiya və Qazaxıstandan olan alim-kriminoloqların Nursultan şəhərinə beynəlxalq səfəri əks etdirilir. Səfər çərçivəsində Qazaxıstan Parlamentində Senat deputatlarının və qonşu ölkələrin alimlərinin iştirakı ilə müəllif professor İ.Rəhimovun qazax dilinə professor E.O.Alauxanov tərəfindən tərcümə edilmiş "Cinayət və cəzanın fəlsəfəsi" kitabının təqdimatı keçirilib, eləcə də Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri ilə görüş keçirilib.xa0

Tədbirdə təqdimat iştirakçılarına professor İlham Rəhimovun min nüsxədən artıq kitabı hədiyyə edilib. Jurnalda Rusiya və Azərbaycandan olan A.İ.Bastrıkin, Y.V.Qolik, A.İ.Korobeev, Y.İ.Duk, T.E.Minyazeva, X.C.Ələkbərov, Q.Qurbanov, A.R.Qədiməliyev, E.O.Alauxanov və digər tanınmış alim-kriminoloqların məqalə və rəyləri dərc edilib.xa0

Jurnalda həmçinin MDB alim-kriminoloqlarının məqalələri və alim-kriminoloq və publisist E.O.Alauxanov haqqında yubiley təbrikləri var.xa0

Azərbaycan və Rusiya alimlərinin səfəri Qazaxıstanla elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirib.xa0 Xüsusi buraxılışxa0 Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə mayın 14-də Bakıda keçiriləcək beynəlxalq elmi konfrans ərəfəsində nəşr edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO