Rusiyanın siyasi və ictimai xadimləri:

Rusiyanın siyasi və ictimai xadimləri: "Heydər Əliyev böyük tarixi şəxsiyyətdir"

Hazırda oxunan: Rusiyanın siyasi və ictimai xadimləri: "Heydər Əliyev böyük tarixi şəxsiyyətdir"

270345
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur.

Bu ölkənin bir sıra siyasi və ictimai xadimləri Azərbaycan xalqının ümummilli lideri haqqında fikirlərini bölüşüblər:

Rusiyanın Xalq artisti Leonid Yaquboviç: "Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Heç şübhəsiz ki, Şarl de Qoll, Uinston Çörçill kimi dövlət xadimlərilə müqayisə olunacaq bir şəxsiyyətdir. Xalq da Heydər Əliyevi sevirdi, bunu çox adamdan eşitmişəm. Özü də sevgiləri hörmətlərindən irəlidə gəlib. Xalqın belə rəğbətini qazanmağı bacaranlar çox deyil. Mən Azərbaycana vurğunam. Keçən dəfə Bakıya gedəndə kirli-paslı, tüstülü şəhər idi. Son dəfə isə heyran qaldım. Ən böyük təəssüratı Şəhidlər xiyabanı yaratdı. Ətrafda analar uşaqlarla gəzişir, gül-çiçəklər arasında xatirə lövhəsi, başdaşı – tam elə mənim təsəvvürümə uyğun mənzərə gördüm. Çox gözəldir. Yəni acı, hönkürtü yox, sakit matəm ab-havası var. Bu ab-havada xalqı üçün fədakarlıq göstərənlərin işıqlı xatirəsi yaşayır".

Rusiya Dövlət Dumasının üzvü Pavel Doroxin: "Bizim üçün Heydər Əliyev XX-XXI əsrlərin qovuşduğu dövrün ən böyük siyasi xadimlərindən biridir. SSRİ dövründə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, sonra isə respublikanın birinci katibi vəzifələrində işləmiş Heydər Əliyev Moskvada da böyük nüfuz sahibi olub, daha sonra SSRİ Nazirlər Şurası sədrinin birinci müavini təyin olunub. Bunu çox yaxşı xatırlayıram, çünki o vaxt tələbə idim, hamımız üçün gözlənilməz hadisə oldu, amma sonra bölgədən o səviyyəli rəhbərin mərkəzi hökumətə cəlb olunmasının nə qədər məntiqli addım olduğunu başa düşdük. Sonradan SSRİ süqut edəndə Azərbaycan Respublikasına rəhbər olan Heydər Əliyev bir növ sabitlik amilinə çevrildi. Nəhəng təcrübəsi, geniş dünyagörüşü, əhatəli düşüncə tərzi olan bu insan respublikaya, həqiqətən də, mükəmməl rəhbərlik edirdi. Bu gün gördüklərimizin hamısının əsası məhz olnun siyasi rəhbərliyi dövründə qoyulub".

Rusiyanın “Kultura” kanalının şərhçisi Vladislav Flyarkovski: "Heydər Əliyev sovetin rəhbər şəxslərinin çoxuna qismət olan tale yaşayıb. Lakin onlardan fərqli olaraq Heydər Əliyev ən yüksək pilləyə bir dəfə yox, iki dəfə qalxdı. Əvvəlcə bolşeviklər dövründə doğma respublikaya rəhbərlik edib, sonra 1993-cü ilədək kənara çəkilib və yenə də zirvəyə çıxıb. Mənim üçün bu məqam onun taleyinin məxsusi cəhətidir. Heydər Əliyev mümkün olmayanı bacarıb, öz ölkəsinin, öz xalqının taleyinə iki dəfə daxil olub və bununla da yüksəlib.

SSRİ və Rusiyanın dövlət xadimi Valeri Serov: "Zaman keçdikcə, illər ötdükcə təkçə mən yox, hər kəs Heydər Əliyevin istər Sovet İttifaqının, istərsə də Azərbaycanın inkişafı üçün nə qədər böyük işlər gördüyünü daha dərindən anlayır. Ömrünün son illərində vəziyyət bəzən çətinləşəndə belə Heydər Əliyev Rusiya ilə düzgün münasibətlər qurmaq üçün yeganə düzgün qərarlar verməyi bacarırdı. Onu müəllimim kimi qəbul edirəm. Belə bir insanla işləmək mənə nəsib olduğu üçün çox bəxtəvərəm. Düşüncə sahibi olan hər kəsin yaddaşında Heydər Əliyev öz dövrünün böyük vətəndaşı kimi həkk olunub".(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO