İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO
255737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayıb və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 

Dövlət başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxunub, onun davamlı olacağına ümidvarlığını bildirib və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd edib.


Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açılıb, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulanıb, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunulub.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olunub, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirilib.




İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 1
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 2
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 3
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 4
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 5
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 6
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO/VİDEO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO