"Biz Qarabağ əzabkeşi olmağı bacarmırıq" - "Amma seçim var..."

Hazırda oxunan: "Biz Qarabağ əzabkeşi olmağı bacarmırıq" - "Amma seçim var..."

215451
Moderator.az Moskvada yaşayan və fəaliyyət göstərən tanınmış jurnalist Anar Həsənovun Minval.az üçün yazdığı məqalənin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq tərcüməsini diqqətinizə çatdırır.xa0
xa0
“Bütün dünyanın 25 ildir ki, erməni-Azərbaycan konfliktinin həllinin çıxılmaz variant olduğunu, xüsusilə də guya “bu konfliktin hərbi yolla həlli mümkün deyil” ideyasını təməl prinsipi olaraq boynumuza qoymasını müşahidə etmək və eşitmək azərbaycanlıları bezdirib. ATƏT-in Minsk qrupunun həmsədrləri belə deyir, eyni zamanda RF XİN-də akkreditə olmuş bizim “suflyorların” sayəsində, hər həftə, bu qurumun nümayəndələri hamını təngə gətirmiş bu bir neçə kəlməni təkrar edirlər.

Ondan başlayaq ki, mümkün olmayan heç nə yoxdur. İkincisi, Ermənistan nüvə dövləti deyil ki,xa0 biz əlimizi qoynumuza qoyub, dünyada sülh naminə güzəşt edək və ya konflikti donduraq. Və mən çox əminəm ki, adıçəkilən dövlət institutlarının bu cür bəyanatları pasifist mülahizələrə əsaslanmır. Az qala Yer Kürəsinin yarısı ilə müharibə edən ölkələrin nümayəndələri təcavüzkarla məcburi sülhə məcbur etmək üçün bizi yola gətirməyə mənəvi haqqı yoxdur. Həm də BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etmək hüququ verir.

Bu sənədə əsasən özünümüdafiə, kollektiv tədbirlərlə birlikdə beynəlxalq sülhün və təhlükəsizliyin bərpası və qorunması məqsədiləxa0 BMT TŞ-nin qəbul etdiyixa0 qərar, güc tətbiq etməməyi istisna edir. Beləliklə, özünümüdafiə nəinki qanunidir, həm də təcavüzün dayandırılması və ərazi bütövlüyünün bərpası üzrə aktıxa0 zəruri edir.

Amma, bu vəziyyət məni olduqca narahat edir. Ölkəmizin KİV-ləri bu cür bəyanat-bəhanələrlə barışıb və əsas xəbərlər üçün başlıq kimi yenə də bu biabırçı başlıqları qoyurlar. Təəssürat yaranır ki, "nə müharibə, nə sülh" mövqeyi sözsüz dəstəklənir və ona Azərbaycanda sevinirlər. Bəlkə bu təbliğatın səhvidir? Axı, ölkəmizin jurnalistikası Qarabağ mövzusunda yalnız sərf edən bəyanatları tirajlayırlar. Ən ağrılı məsələyə bu cür qeyri-peşəkarlıq və biganəlik əksər azərbaycanlıların şüurunda belə bir rəy formalaşdırır ki, Azərbaycanda Qarabağı qaytarmaq kiməsə sərf etmir. Mən “qaytarmaq istəyinin olmaması” versiyasına ölkə KİV-nin məsələyə qeyri-peşəkar yanaşmasının nəticəsi kimi baxıram və təəssüf ki, mətbuatın bu cəfəngiyatına Azərbaycan əhalisinin və diasporanın böyük bir hissəsi çoxdan aludə olub.xa0

Fikrimcə, işğal olmuş torpaqların azad edilməsinin beynəlxalq hüquqi əsasları haqqındaxa0 danışıqlarda yalnız güc metodu dominant olmalıdır. Və yalnız güc! Erməni işğalıçı qüvvələrinin Azərbaycan ərazisisində olması aqressiya aktıdır və bu aqressiyaya 25 il dözmək – məgər bu bizim zəifliyimizin təzahüri deyil? Mən başa düşürəm ki, müharibə olsa bizim əsgər nişangahın hədəfində təkcə erməni alçaqların ordusunun döyüşçüsünü deyil, həm də müxtəlif millətlərdən olan xeyli muzdlular da görəcək- PKK terrorçularından tutmuş, yaxın xarici ölkələrin muzdlularınadək. Və inanıram ki, beynəlxalq dəstəklərinə baxmayaraq, torpaqlarımızda oturmuş erməni alçaqlar ordusunun məhv edilməsi bir neçə həftənin işidir. Və kim ki, şüurlu şəkildə və sadəcə dərk edə bilmir, kim hesab edir ki, biz müharibəyə başlasaq Rusiya Gümrüdə yerləşmiş diviziyası ilə bizi əzəcək, işğalçıya kömək edəcək - beləsinin banal erməni marionetkasından və onların lobbiçilərindən fərqi yoxdur.xa0 Azərbaycanın Ermənistan üzərində qələbəsinin vacib faktorları var: bizim rəqibi üstələyən, yeni silahlarla təchiz olmuş ordumuz var. Bizim iqtisadiyyatımız düşməninkindən qat-qat güclüdür, ehtiyatlarımız isə, 100 ildi Ermənistan adlanan Qərbi Azərbaycanın ehtiyatları ilə müqayisəyə gəlməz. Sayımıza görə də Ermənistandan üstünük.
Bizdə də çatışmazlıq var. Səlahiyyətlilər, xalqın və diasporanınxa0 “maraqları ifadə edənlər” kimi tanıdıqları Qarabağı kitablarda, süfrə arxasında, tədbirlərdə, bayramlarda, eyni adlı komandanın stadiondakı oyununda - harda gəldi “qaytarırlar”, amma, diplomatların heç nəyə yaramayan protokol görüşlərini nəzərə almasaq,xa0 həqiqətən onu qaytarmaq üçün iş görmək lazım gələndə barmaq barmağa vurmurlar. Xalqın özünün passionarlığından da heç nə qalmayıb: biz Xocalının, Qaradağlının, Malıbəylinin, Quşçuların qisası ilə yaşamırıq!

Bizə hər il vəd verirlər ki, növbəti bayramı Şuşada, ya Ağdamda qeyd edəcəyik, biz də alqışlayırıq,xa0 bəzən, hətta ayaq üstə. Heç müxalifət düşərgəsinin indiki hakimiyyətin əleyhinə keçirdiyi piketlərdə, mitinqlərdə də “Qarabağ uğrunda” baş şüarımız eşidilmir.xa0 xa0
Dünyada və ölkə daxilində bizə münasibətin necə olmasında özümüz günahkarıq. Etiraf edək ki, biz bir xalq olaraq torpağımız uğrunda qurban verməyi nümayiş etdirə bilmirik, biz Qarabağ əzabkeşi olmağı bacarmırıq ( istəmirik, qorxuruq)

Buna görə də, qələbə onuxa0 daha çox istəyənə nəsib olur. Ermənistan üzərində qələbə üçün zəruri şərt-iqtisadiyatın yüksəlməsidir. Əgər biz ildən ilə daha güclü olacağıqsa, istənilən Sərkisyanların ovunu birdəfəlik əlindən ala bilərik. Əgər biz uğurlu ölkə olsaq, ermənilər anlayacaq ki,xa0 rejimləri hər zaman, sadəcə onları aldadıb.xa0
Qələbə üçün bizə, əlbəttə ki, birləşməmiz, birliyimiz çatmır. Bizim rəqiblərin istər Rusiyada, istər ABŞ-da ətraflarında diasporanın birləşdiyi güclü liderləri var. Bizsə, nəinki birləşmədik, güclü liderləri, kadrları bütün “günahlarda” ittiham edirik, həm də çalışırıq ki, diasporanı heç bir yerdə heç bir nüfuzu olmayan, hətta seçilməyən, təyin olunan marionetkaların ətrafənda birləşdirək.

Qarabağın azadlığı naminə biganə olmayan ziyalılar nüfuzlu azərbaycanlılardan xahiş etsinlər ki, onlar birləşmə prosesini bərpa etsinlər və bilinsin ki, lideri biz-diaspora seçməliyik. Biz rəsmi Bakı ilə birgə fəaliyyət göstərməliyik, ondan asılı olmamalıyıq. 20 faiz torpqağımız işğal altında olduğu halda, bizim ölkəmizə müxalifətdə olmağa haqqımız yoxdur, amma işğal olunmuş torpaqların azad edilməsini onlardan tələb etməliyik və bu məsələdə kömək etməliyik.

Nikola Makiavellininxa0 “müharibədən qaçmaq olmaz, onuxa0 təxirə salmaqsa – yalnız sizin düşmənin xeyrinə olar” kəlamını söylədiyi vaxtdan altı əsr keçib. Bu gözəl deyim bu gün də aktualdır.
Ona görə də, “danışıqlar prosesi” adlanan dalandan tez çıxmaq üçün, gəlin Qarabağı birlikdə tələb edək, hər kəs, harda, necə bacarırsa və bununla da Ermənistan üzərində qələbəni yaxınlaşdıraq.xa0

Anar Həsənov.xa0
Filologiya elmləri namizədi, müstəqil jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO