Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada önəmli açıqlamalar verib.
Moderator.az xəbər verir ki, açıqlamaya əsasən, Türkiyə, Rusiya və İranın XİN rəhbərləri mart ayında Astanada görüş keçirəcəklər. Üç dövlət arasında yeni Suriya müzakirələrində XİN rəhbərləri də iştirak edəcək.
Ötən həftə Türkiyə prezidenti ilə Rusiya lideri Putin arasında telefon danışığı baş tutmuşdu. Telefon danışığından sonra rəsmi Ankara Türkiyə, İran və Rusiya liderlərinin Soçidə keçirilən zirvə toplantısının ikincisinin İstanbulda keçirilməsi ilə bağlı razılıq əldə etdiyini bildirmişdi. Amma Kremldən verilən açıqlamada görüşün yeri və tarixinin dəqiqləşdirilmədiyi bildirilmişdi.

































































































