Həsən Ruhaninin

Həsən Ruhaninin "İsrail bölgənin əsas düşmənidir" atmacası kimə kodlu ismarışdır...?

Hazırda oxunan: Həsən Ruhaninin "İsrail bölgənin əsas düşmənidir" atmacası kimə kodlu ismarışdır...?

211673
İran prezidenti Həsən Ruhani bu gün yerli və xarici media üçün mətbuat konfransı keçirib. Iran prezidenti hər şeydən danışıb, Amerikanın bostanına daş atıb, Türkiyənin Afrin əməliyyatını tənqid edib və sonda gəlib çıxıb İsrailə və belə deyib: “Bölgədə kimsə düşünürsə ki, İsrail İranın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir”. Bu dəfə bizim də bostanımıza daş atıb.

Demək Həsən Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə dövlətlərindən - Rusiya və Ermənistan xristian dövlətləri olduğundan İsraillə əməkdaşlıqlarına göz yuma bilərlər, bölgənin müsəlman dövləti Azərbaycana isə İsraillə dostluq qadağandır! Həsən Ruhanini sözlərini biz də belə dəyişək: “Bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir, çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb”. Bu da bizdən Tehrana mesaj olsun…

Elxan Şahinoğlu, politoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO