
- A-
- A
- A+
Siyasət
16:43 / 13.01.2018
1 dəq oxunma
"Bəlkə Zaxarovaya həm də bizim XİN-in sözcülüyünü tapşırıblar?" - "Ya da artıq Rusiya o qədər irəliyə gedib ki..."
Hazırda oxunan: "Bəlkə Zaxarovaya həm də bizim XİN-in sözcülüyünü tapşırıblar?" - "Ya da artıq Rusiya o qədər irəliyə gedib ki..."
207976
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İki gün öncə ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.
Azərbaycan 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.
Bu gün bizim TV-lərdə bir xəbər gördüm. ABŞ Dövlət Departamentinin bu qərarına, yəni Azərbaycanı daha təhlükəli yer kimi göstərməsinə Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Zaxarova hirslənərək tənqid edirdi.
Mənə maraqlıdır, niyə XİN rəhbəri Məmmədyarov yox, XİN sözcüsü Hikmət bəy yox, məhz Zaxarova bu məsələyə reaksiya verir?
Bəlkə Zaxarovaya həm də bizim Nazirliyin sözcülüyünü tapşırıblar?
Ya da artıq Rusiya o qədər irəliyə gedib ki, Azərbaycanı da öz ərazisi hesab edərək, açıqlama vermək məcburiyyəti hiss edib?
Ələsgər Əhmədoğlu, media eksperti, hüquqşünas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































