İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda danışdı

İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda danışdı

Hazırda oxunan: İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda danışdı

169312
Rusiyanın və ABŞ-ın Baş Qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olmasıyla izah olunur.

Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan həqiqətən də Rusiya və ABŞ hərbçilərinin görüşə biləcəyi tək yer idi: "Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik ”“ bizə təklif etdilər, biz buna razılaşarıqmı. Niyə Azərbaycanı seçdilər? Mən özüm özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi. Biz NATO-nun və KTMT-nın üzvü deyilik, bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir", - deyə İ.Əliyev izah edib.

"Sabitliyin amili kimi Azərbaycanın rolu yalnız bizim regionumuzda deyil, həm də bütün dünyada qəbul edilir, bu, regional sabitliyə bizim töhfəmizdir", - Azərbaycan prezidenti vurğulayıb.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO