9 partiyadan səfərbərliklə bağlı təklif

9 partiyadan səfərbərliklə bağlı təklif

Hazırda oxunan: 9 partiyadan səfərbərliklə bağlı təklif

130204
Bu gün KXCP-nin qərargahında 9 siyasi partiya mövcud hərbi - siyasi durumla bağlı müzakirə aparıb.xa0


Müzakirələrdə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası,Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Konqres Partiyası, Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası iştirak edib.

Toplantıda şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilib, onların ailələrinə və yaxınlarına baş sağlığı verilib. Yaralıların tezliklə şəfa tapmaları üçün dualar edilib.

Müzakirələr zamanıl müvafiq qərarlar qəbul olunub.

Azərbaycan Ordusunun işğal olunmuş torpaqların bir hissəsini azad etməsi uğurlu addım kimi qeyd olunub.

Azərbaycan hakimiyyətindən işğal olunmuş bütün torpaqlarımızın tam azad olunmasını təmin etmək üçün siyasi, diplomatik, hərbi və digər tədbirləri daha səylə və ardıcıl davam etdirməsi tələb edilib.

Toplantıda, bəzi partiyalar tərəfiundən hərbi səfərbərliklə bağlı təkliflər də səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO