Elmira Axundovanı səfir postunda Seymur Mərdəliyev əvəz edəcək?

Elmira Axundovanı səfir postunda Seymur Mərdəliyev əvəz edəcək?

Hazırda oxunan: Elmira Axundovanı səfir postunda Seymur Mərdəliyev əvəz edəcək?

129466

Dünən ölkə mətbuatında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın geri çağırılacağı ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media-nın apardığı araşdırmalar nəticəsində, Elmira Axundovanın yerinə təyin olunacaq namizədin adı məlum olub. 
 

MÖVZU İLƏ BAĞLI:

“Məndən asılı olsaydı çoxdan Kiyevdə olardım” – ELMİRA AXUNDOVA 


Sözügedən şəxs Seymur Mərdəliyevdir. 

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsini icra edir. 

Məsələ ilə bağlı Elmira Axundova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalıb. 

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO