İş olan yerdə NÖQSAN da OLUR - Bəzi dövlət qurumları səhvlərini niyə QƏBUL etmirlər?

İş olan yerdə NÖQSAN da OLUR - Bəzi dövlət qurumları səhvlərini niyə QƏBUL etmirlər?

Hazırda oxunan: İş olan yerdə NÖQSAN da OLUR - Bəzi dövlət qurumları səhvlərini niyə QƏBUL etmirlər?

191023

Dövlətin əsas strukturunu dövlət qurumları, nazirliklər təşkil edir. Ölkənin müxtəlif sahələri, hüquq, sosial, səhiyyə, elm, mədəniyyət, rabitə, müdafiə və digər sahələrinə cavabdeh olan qurumlar var. Hər bir qurumun işinin daha yaxşı təşkili üçün onların şöbələri yaradılır, səlahiyyətləri artırılır. 

Son illərdə qurumlarla mətbuat və vətəndaşlar arasında əlaqə yaradılması, vətəndaşların əlçatanlığını təmin etmək üçün müəyyən addımlar atılır. Buna baxmayaraq bəzi qurumların fəaliyyətində hələ də nöqsanlar qalmaqdadır. Hər hansı nazirliyə tabe olan kiçik müəssisədə baş verən neqativ hal da vətəndaşı narazı salır. İş görülən yerdə nöqsan qaçılmazdır. 

Lakin bəzi qurumlar bu problemləri görüb, düzəltmək əvəzinə ictimailəşən neqativ halları qəbul etmək istəmirlər. Üstəlik adları hallanan media qurumuna aqressiv münasibət də sərgiləyirlər. Halbuki tənqidi qəbul edib, problemin həllinə çalışmaq daha effektiv və məqsədəuyğun addımdır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa ilk növbədə qurumların fəaliyyətinin şəffaf olmasını vacib sayır. 

“Qurumların müəyyən dərəcədə fəaliyyəti, şəffaflığı ən vacib məsələlərdən biridir və burada ictimai nəzarət mexanizmi ciddi şəkildə işləməlidir. Bizdə, təəssüf ki, ictimai nəzarətlə bağlı da effektli sistem oturuşmayıb. Ona görə də, xüsusilə də bu qaynar xətt məsələsi bir çox qurumlarda əlçatanlığını itirib. Lakin biz bunu ən yüksək səviyyədə Daxili İşlər Nazirliyində müşahidə edirik. Qurumun qaynar xəttinə dərhal reaksiya verilir, dərhal onun nəticələri müraciət edən vətəndaşa çatdırılır. Amma tutaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu mexanizm fərqli işləyir. Rayondan qaynar xəttə müraciət edənlər vəsait ödəməlidirlər”.
 

Milli Məclisin üzvü hesab edir ki, dövlət qurumları fəaliyyətlərini vətəndaş rəyi üzərində qurmalıdırlar:

“Bu proseslər həm də ona imkan yaradır ki, dövlət qurumları öz fəaliyyətlərini mütləq vətəndaşın rəyi üzərində qurmalıdırlar. Yəni bu rəy məmnunluq ifadə eləmirsə, onda xidmətin özündə əskiklik var və bunlar hamısı düşünülməsə, nəzərə alınmasa, gələcəkdə bu prosesləri həmin qurumlar vətəndaşın xeyrinə hansısa bir iş görmüş kimi qeydə ala bilməyəcəklər. Vətəndaşlar birinci operativ reaksiyanı gözləyir, bu prosesdə sadəcə baş qatmaq üçün yaxud da vətəndaşı yola vermək üçün düşünülürsə, bu, mütləq mənfi nəticələr doğuracaq”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO