Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO 

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO 

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO 

191212

Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO