İlham Əliyev Tacikistana gedəcək

İlham Əliyev Tacikistana gedəcək

Hazırda oxunan: İlham Əliyev Tacikistana gedəcək
128777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlham Əliyev Tacikistana səfərə gedəcək.

Bizim.Media "Sputnik Tacikistan" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin həmkarı Emomali  Rahmonla görüşü, həmçinin Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumunda iştirakı gözlənilir.

Tərəflər sənaye, energetika, turizm və digər sahələrin inkişafını müzakirə edəcəklər.

Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Düşənbə şəhərinin Milli Kitabxanasında Tacikistan-Azərbaycan investisiya forumu keçiriləcək.

Forum sənaye, enerji, turizm, nəqliyyat və ixracın inkişafı sahələrində investisiya imkanlarının axtarışı məqsədilə baş tutacaq. Tədbirə 150-dən çox insan qatılacaq. Onların arasında hər iki tərəfdən nazirlər, idarə rəhbərləri, sahibkarlar, investorlar, eləcə də Tacikistan və Azərbaycanda iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri var.

İdarədən bildirilib ki, tədbirdə iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığa dair yeni sənədlər imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO