"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

Hazırda oxunan: "Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

643055

"Qalatasaray" UEFA Çempionlar Liqasının III turu çərçivəsində səfərdə Fransanın "Lill" klubunun qonağı olacaq.

Bizim.Media "Demirören" agentliyinə istinadən xəbər verir ki, mühüm qarşılaşma ərəfəsində Fransada yaşanan gərginliklər səbəbindən İstanbul təmsilçisi həm nümayəndə heyətinin, həm də azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə UEFA-ya rəsmi müraciət etməyə hazırlaşır.
 

Fransa səfirliyi və Xarici İşlər Nazirliyi ilə davamlı əlaqədə olan "sarı-qırmızılı" klub matçın keçiriləcəyi məkanın dəyişdirilməsini deyil, sadəcə təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə gücləndirilməsini tələb edir.


Digər tərəfdən, sabah Fransada baş tutacaq PSJ - "Barselona" görüşündə də analoji ehtiyat tədbirlərinin görülməsi gözlənilir.

Qeyd edək ki, "Lill" - "Qalatasaray" oyunu oktyabrın 21-də Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO