Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa etdi

Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa etdi

Hazırda oxunan: Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa etdi
643048
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında report.az-ın apardığı hesablamalara əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq – 15,4 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 234,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18,8 % çox) 507 min 570 ədəd (-23,1 %), Vyetnamdan 66,94 milyon ABŞ dolları dəyərində (+13,9 %) 175 min 324 ədəd (+14 %), Hindistandan 13 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 18 min 483 ədəd (+82,8 %), Tailanddan 203,3 min ABŞ dolları dəyərində 199 ədəd (1 il əvvəl tədarük olmayıb), İndoneziyadan 77,36 min ABŞ dolları dəyərində (-9 %) 175 ədəd (-45 %) cihaz alıb.
 

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Tayvandan (2,44 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 10 aylıq aradan sonra Çexiyadan (56,5 min ABŞ dolları dəyərində 50 ədəd) tədarükü bərpa edib.


2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 344 min 329 ədəd smartfonun 80,4 % Çinin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO