ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

Hazırda oxunan: ADY qatarlarına daş atılması halları 38% azalıb

643060

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 26 dəfə daş atılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə belə hadisələrin sayı 38% azalıb.

Qeyd olunub ki, qatarlara daş atılması sərnişinlərin və qatar heyətinin həyatını təhlükə altına salır, qatarlara ciddi ziyan vurur. Belə hallarda maşinist qatarı təcili saxlamağa məcbur olur ki, bu da hərəkət cədvəlində gecikmələrə səbəb olur.
 

ADY-nin məlumatına görə, aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir hadisə üzrə müvafiq araşdırma aparılıb.


ADY qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırıb.

Xatırladılıb ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayət hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO