Son zamanların XRONİKİ BƏLASI – Yuxusuzluq və halsızlıq hansı virusun ƏLAMƏTLƏRİDİR?

Hazırda oxunan: Son zamanların XRONİKİ BƏLASI – Yuxusuzluq və halsızlıq hansı virusun ƏLAMƏTLƏRİDİR?

156477

Son günlər insanların əksəriyyətinin şikayət etdiyə halsızlıq, yuxusuzluq və yorğunluq kimi əlamətləri getdikcə daha çox narahatlıq doğurur. Bəziləri bunu fəsil dəyişikliyi ilə əlaqələndirsə də, bunun yeni virus olduğunu düşünənlər də az deyil.

Birinci versiyanın doğruluq payı heç də az deyil. Payızla əlaqədar günlər qısalmağa və havalar soyumağa başlayır.

Mütəxəssislər bildirir ki, qısa günlər hipotalamusa, bədənin nəzarət mərkəzinə və buna görə də melatonin və serotonin istehsalına təsir göstərir. Bu, insanların yorğun hiss etməsinə və motivasiyalarını itirməsinə səbəb ola bilər. Payız yorğunluğundan təsirlənməmək üçün günəş işığından faydalanmaq, qidalanma və yuxu rejiminə diqqət yetirmək, immun sistemini gücləndirmək çox vacibdir.

Bəs, kütləvi şəkildə görünən bu simptomlar təhlükəli bir virusun xəbərçisi ola bilərmi?

Həkim-infeksionist Dürdanə Kazımova Bizim.Media-nın sualına cavab olaraq bildirib ki, mövcud simptomlar mövsümi dəyişikiklə bağlıdır:

Kimdə xroniki xəstəliklər varsa o aktivləşir, immuniteti zəif, yaşlı və yanaşı xəstəlikləri olan adamlar xəstəliyi daha ağır keçirir. Hava birdən-birə dəyişəndə yuxarı tənəffüs yollarının infeksiyaları həmişə artır. Sadəcə olaraq başqa simptomlar olduğuna görə hər kəs xəstəliyi fərqli keçirir. Yəni fəsil dəyişikliyi ilə bağlı hər il bu hallar yaşanır. Kimdəki yanaşı xəstəliklər var, immuniteti zəifdir, xroniki xəstəlikləri var onlar qorunmaq üsullarından istifadə etməlidirlər”.

Həkim hər hansı qorxulu virusun olmadığını bildirsə də, havalar soyuduqca yoluxucu xəstəliklərdən qorunmağı tövsiyə edib: 

“Səhhətimizdə bəzi dəyişiklikləri hər hansı bir virusun üzərinə atmağın mənası yoxdur, bu həmişə olub. Müqaviməti artıran qidalar qəbul etməli, təmiz havada çox gəzməli və xəstə adamlarla az kontaktda olmamalıdırlar. Əllər tez-tez yuyulmalıdır. Bağırsaq sağlamlığına önəm verilməlidir. Həkimin tövsiyəsi ilə probiyotiklər, vitaminlər və antioksidantlar kimi müvafiq immun gücləndiricilərdən istifadə edilə bilər. Pəhriz polifenollarla, zəngin ədviyyatlar və təbii otlar ilə dəstəklənə bilər. İnsanlar Həddindən artıq istidən və xüsusilə həddindən artıq soyuqdan qorunmalıdırlar. Bundan əlavə, D vitamini ilə zəngin qidalar istehlak edilməlidir”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO