
- A-
- A
- A+
Tramp Uitkoffu TƏRİFLƏDİ: “Böyük uğurlar qazanır”
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə məşğul olan xüsusi nümayəndəsi Stiv Uitkoffun əhəmiyyətli nəticələr əldə etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı Uitkoffun fəaliyyətini yüksək qiymətləndirib və ona təşəkkür edib.
“Xüsusi nümayəndə Stiv Uitkoff böyük uğurlar qazanır. Təşəkkür edirəm, Stiv”, – deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib ki, Vladimir Putin Uitkoffla görüşündə Rusiyanın noyabrın ikinci ongünlüyündə Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması mövzusunda üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu ABŞ tərəfinə çatdırıb.
Uşakov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundunun Əbu-Dabidə keçirilə biləcəyini də qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































