Pezeşkian Xameneyi ilə gizli şəkildə görüşüb?

Pezeşkian Xameneyi ilə gizli şəkildə görüşüb?

Hazırda oxunan: Pezeşkian Xameneyi ilə gizli şəkildə görüşüb?

629200

İran International telekanalı İran prezidenti Məsud Pezeşkian və ölkənin ali rəhbəri Müctəba Xameneyi arasında baş tutduğu bildirilən görüşün detalları barədə informasiya yayıb.

Bizim.Media xəbər verir ki, telekanalın nəlumatına görə, Pezeşkianın dəfələrlə görüş tələbi və istefa ilə bağlı xəbərdarlıqlarından sonra Xameneyinin ofisi görüşə razılıq verib. Ancaq bildirilib ki, görüş adi qaydada liderin iqamətgahında deyil, Tehranda naməlum bir məkanda təşkil olunub.
 

Pezeşkian mühafizəçilərin müşayiəti ilə həmin yerə aparılıb və tünd şüşəli avtomobilin arxa oturacağında Müctəba Xameneyi ilə görüşüb. Görüş zamanı iki tərəfin əl sıxmasına icazə verilməyib və onlar yalnız bir-birinin səsini eşidiblər. Görüşün cəmi bir neçə dəqiqə davam etdiyi bildirilir.


Qeyd olunur ki, Pezeşkian geri qayıtdıqdan sonra qarşısındakı şəxsin həqiqətən Müctəba Xameneyi olub-olmadığını soruşub. Mənbələrin sözlərinə görə, onun sonradan Müctəba Xameneyi ilə iqamətgahında yenidən görüşmək istəyi də rədd edilib. (Mənbə: Azad İran)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO